“Qarabağ”ın rəqibi hücumçusu üçün 100 milyon avroluq təklif alıb

“Benfika”nın hücumçusu Vangelis Pavlidis yay transfer pəncərəsinin son günündə komandadan ayrıla bilərmiş.

Komanda.az xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.

Yunan futbolçunun müqaviləsində 100 milyon avroluq çıxış bəndi nəzərdə tutulub və son anda bu bənddən istifadə etmək istəyən bir klub ortaya çıxıb.

Lissabon təmsilçisinin maliyyə direktoru Nunu Katarin belə bir təklifin olduğunu təsdiqləyib:

“Belə bir təklif oldu, amma bunu prezidentə buraxıram. O istəyərsə, danışar. Təklif əhəmiyyətli idi, bu bazarda ən böyük satışımızı edə bilərdik. Amma son gündə bunun mənası yox idi. Biz pəncərəni bağlamışdıq”.

26 yaşlı forvard ötən mövsüm iştirak etdiyi oyunlarda 30 qol vurub və 13 məhsuldar ötürmə verib.

“Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsindəki ilk oyununu sentyabrın 16-da səfərdə “Benfika”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button