Dəqiqləşdi: Aparıcı futbolçu “Qarabağ”la matçda olmayacaq

“Napoli” yarımmüdafiəçisi Andre Zambo Anqissanı uzun müddət bud zədəsi səbəbindən itirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kamerunlu futbolçu millinin oyununda zədə alıb və sağalması üçün üç-dörd ay vaxt lazımdır.

Zambo Anqissa bu mövsüm “Napoli”nin heyətində 15 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

İtaliya klubunun A Seriyasındakı 11 oyundan sonra 22 xalı var və turnir cədvəlində 3-cü yerdədir.

”Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir. “Napoli” – “Qarabağ” matçı noyabrın 25-də keçiriləcək.

“Napoli” daha əvvəl digər yarımmüdafiəçisi Kevin De Bruyneni zədə səbəbindən itirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button