
“Qarabağ”ın rəqibi fransalı futbolçu üçün danışıqlara başlayacaq
“Bayern”in müdafiəçisi Dayot Upamekano Premyer Liqaya keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” fransalı futbolçuyla maraqlanır. İngiltərə klubu qış transfer pəncərəsində müdafiəçi üçün danışıqlara başlamağı planlaşdırır.
Upamekanonun “Bayern”lə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. O, bu mövsüm 14 matçda 1 məhsuldar ötürmə edib.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



