
“Qarabağ”ın rəqibinin futbolçusu yeni transfer haqda: “Əla hücumçudur”
“Liverpul”un müdafiəçisi Vircil Van Dayk komandanın yeni hücumçusu Aleksander İsakı yüksək qiymətləndirib.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu, İsakın topu qapıya yönəltməkdə usta olduğunu bildirib:
“İsak əla hücumçudur və topu qapıya yönəltməkdə ustadır. Onu mükəmməl hücumçu adlandırmaq olar. Baxın, zərbə ilə, başla və sol ayaqla hücumları necə tamamlayır. Künc zərbələri vəziyyətlərində də çox effektivdir”.
25 yaşlı İsak yay transfer pəncərəsində “Nyukasl”dan “Liverpul”a keçib. Mersisayd klubu isveçli forvard üçün 145 milyon avro xərcləyib və onunla 6 illik müqavilə imzalanıb.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



