“Qarabağ”ın rəqibinin futbolçusu “Qalatasaray”a keçə bilər
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Molde”nin yarımmüdafiəçisi Emil Breivik karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunu “Qalatasaray” transfer etmək istəyir. Norveçli oyunçunun meneceri artıq İstanbuldadır.
Emil Breivik “Molde”nin yetirməsidir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 42 matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin