“Qarabağ”ın rəqibinin futbolçusunun zədəsi ciddi deyil

“Çelsi”nin müdafiəçisi Ris Ceyms İngiltərə millisinin qarşıdakı oyunlarını buraxacaq.

Komanda.az “Football London”-a istinadən xəbər verir ki, Ceymsin “Liverpul”la Premyer Liqanın 7-ci turunun oyununda (2:1) aldığı zədə ciddi deyil.

Hələlik dəqiq olaraq ingiltərəli futbolçunun nə zaman oynayacağı məlum deyil, ancaq klub onun “Nottingem Forest”lə oktyabrın 18-də keçiriləcək növbəti Premyer Liqa matçına hazır olacağına ümid edir.

İngiltərə millisi bu ay iki oyuna çıxacaq. Belə ki, milli komanda oktyabrın 9-da Uelslə yoxlama oyununda, 14-də isə Latviya yığması ilə səfərdə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacaq.

25 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 9 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button