“Qarabağ”ın rəqibinin futbolçusu “Milan”a keçmək istəmir
“Liverpul”un müdafiəçisi Co Qomes yaxın gələcəkdə klubdan ayrılmağı planlaşdırmır.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, yayda “qırmızılar” ingiltərəli futbolçunun “Milan”a keçidinə razılıq vermişdilər. Ancaq “Kristal Pelas”ın kapitanı Mark Quehinin transferinin baş tutmaması səbəbindən bu keçid son anda pozuldu.
28 yaşlı müdafiəçi hazırda müntəzəm oyun praktikası qazanmasa da, qış transfer pəncərəsində komandanı tərk etmək niyyətində deyil. “Milan” hələ də Qomesi heyətinə qatmaq istəyir, amma o, “Liverpul”da ehtiyat oyunçular arasında olsa belə, öz rolundan razıdır.
Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot da Qomesi əsas müdafiəçilər zədələndiyi halda vacib seçim kimi görür.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



