“Qarabağ”ın rəqibinin futbolçusu “Bayern”in hədəfində
“Bayer”in (Leverkuzen) müdafiəçisi Ceremi Frimpong növbəti dəfə “Bayern”in maraq dairəsinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun digər klublar üçün satınalma məbləği 40-45 milyon avro təşkil edir.
Futbolçunun özünün hələ ki, gələcəyi ilə bağlı qərar vermədiyi bildirilir.
Frimponq bu mövsüm bütün turnirlərdə 30 matçda iştirak edib, 10 qol vurub, 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
“Bayer” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin