
“Qarabağ”ın rəqibinin daha bir futbolçusu sıradan çıxdı
“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne A Seriyasının 8-ci turunda “İnter”ə matçda (3:1) sıradan çıxıb.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, belçikalı futbolçu penalti zərbəsini yerinə yetirərkən zədələnib. Onun bud nahiyyəsində problem yaranıb.
Beləliklə, De Bruyne artıq Rasmus Hoylund, Stanislav Lobotka, Aleks Meret, Amir Rahmani və Romelu Lukakunun da daxil olduğu “Napoli”nin zədəli oyunçular siyahısına qoşulub.
Neapol təmsilçisi Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. “Napoli” – “Qarabağ” matçı 6-cı tur çərçivəsində, noyabrın 25-də İtaliyada keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



