Slot “Real”ın futbolçusunu təriflədi: “Çox sürətlidir”

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasındakı qarşılaşma öncəsi “Real”ın hücumçusu Vinisius Junior haqqında fikirlərini bölüşüb.

“Liverpul” bu gün doğma meydanda “Real”ı qəbul edəcək.

Komanda.az xəbər verir ki, niderlandlı çalışdırıcı mətbuat konfransında braziliyalı forvardı tərifləyib:

“Vinisius çox sürətlidir. Birə-bir vəziyyətlərdə mükəmməldir və bəzən üç, hətta dörd rəqibi eyni anda keçə bilir. O, istisna oyunçudur”.

“Liverpul” cari Çempionlar Liqası mövsümündə 3 turdan sonra 6 xal, “Real” isə 9 xal toplayıb.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button