
“Qarabağ”ın rəqibinin baş məşqçisi “Qalatasaray”ı təriflədi
“Liverpul” UEFA Çempionlar Liqasının ikinci turunda səfərdə “Qalatasaray”la qarşılaşacaq.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyundan öncə mersisaydlıların baş məşqçisi Arne Slot açıqlama verib:
“Qalatasaray”ın “Ayntraxt”la oyununu izləmişdim. Həmin qarşılaşmada türklərin bəxti gətirmədi. Onlar bir dəfə də oynasaydılar, beş qol buraxmazdılar (1:5). Bu komanda qalib gəlməyi bacarır. Buna görə də, biz oyuna tam hazır olmalıyıq”.
“Qalatasaray” – “Liverpul” matçı bu gün İstanbulda keçiriləcək və saat 23:00-da start götürəcək.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



