“Qarabağ”ın rəqibinin baş məşqçisi koronavirusa yoluxub
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
57 yaşlı mütəxəssis bu səbəbdən Avroliqanın 3-cü təsnifat mərhələsinin 3-cü turu çərçivəsində Fransanın “Nant” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransına onlayn formatda qoşulub.
“Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib və 1:2 hesabıyla uduzub. Ağdam klubunun Bundesliqa təmsilçisi ilə növbəti oyunu noyabrın 3-də Bakıda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin