“Biz əks-hücumları qaçırırıq və buna uyğunlaşmalıyıq” – “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Napoli”nin baş məşqçisi Antonio Konte A Seriyasında “Torino”ya 0:1 hesablı məğlubiyyəti dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq yaxşı oynamağa çalışdıqlarını söyləyib:

“Biz ilk hissədə topu yaxşı hərəkət etdirdik və şanslar yaratdıq. Gözəl oynamaq üçün çox çalışdıq və mahiyyətcə özümüz onları qola hazırladıq. Fasilədən sonra oyunumuzu gücləndirdik, lakin bu, kifayət etmədi. “Torino”nu təbrik edirəm, amma fakt budur ki, bu gün hər şeyi özümüz etdik. Oyunumuz bizdən daim meydanın rəqibə aid hissəsində olmağımızı tələb edir. Təbii ki, biz bir neçə əks-hücumları qaçırırıq və buna uyğunlaşmalıyıq”.

”Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindəndir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button