“Qarabağ”ın rəqibinin baş məşqçisi: “Futbolda əsas olan nəticədir”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska klubun hazırkı strategiyası barədə danışıb.

Komanda.az “Dello Sport”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı strategiyalarının uzunmüddətli müqavilələr bağlamaq və gənc oyunçulara etimad göstərmək olduğunu bildirib:

“Çelsi” əfsanəvi, böyük klubdur. Hazırda bizim strategiyamız uzunmüddətli müqavilələr bağlamaq və gənc oyunçulara etimad göstərməkdən ibarətdir. Futbolda əsas olan nəticədir. Hazırda nəticələrimiz qənaətbəxşdir və hamımız çox məmnunuq”.

Mareska 2024-cü ilin yayında “Çelsi”nin baş məşqçisi təyin olunub. Onun komandası hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 11 xalla 7-ci pillədə qərarlaşıb.

“Çelsi” növbəti turda, oktyabrın 18-də səfərdə “Nottingem Forest”lə qarşılaşacaq. Londonlular “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button