“Qarabağ”ın rəqibinin baş məşqçisi: “Bu da bir sınaqdır”

“Liverpul”un baş məşqçisi Arne Slot komandasının ardıcıl dörd məğlubiyyətini karyerasında yeni bir “çağırış” kimi qiymətləndirib.

Mersisayd klubu Premyer Liqanın 8-ci turunda doğma meydanda “Mançester Yunayted”ə 1:2 hesabı ilə uduzub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı hər bir məşqçinin daim sınaqlarla üz-üzə qaldığını deyib:

“Düşünürəm ki, hər bir məşqçi daim sınaqlarla üz-üzə qalır. İndi biz dörd dəfə ardıcıl məğlub olmuşuq – bu da bir sınaqdır. Futbol məşqçisinin həyatı belədir: bir-birini əvəz edən çətinliklər silsiləsi”.

Bu nəticə “Liverpul” üçün bütün turnirlər nəzərə alınmaqla dördüncü ardıcıl məğlubiyyət olub. Arne Slotun komandası Premyer Liqada 8 turdan sonra 15 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider “Arsenal”dan 4 xal geri qalır. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button