
“Bir oyunçunun bir klub üçün 250 qol vurması inanılmazdır”
“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un baş məşqçisi Arne Slot komandada 250 qol vuran hücumçu Məhəmməd Salahın nailiyyətini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun inanılmaz olduğunu söyləyib:
“Bu, inanılmazdır. Bir oyunçunun bir klub üçün 250 qol vurması demək olar ki, inanılmazdır. Artıq futbolda bunu çox tez-tez görmürsən”.
Salahın qolu “Liverpul”a Premyer Liqanın 10-cu turunda “Aston Villa”ya qarşı oyunda 2:0 hesablı qələbə qazandırıb və komandanın 2025/26 Premyer Liqa mövsümündə dörd oyunluq məğlubiyyət seriyasına son qoyulub. Salahdan əvvəl “Liverpul”un heyətində yalnız iki oyunçu 250 və ya daha çox qol vurub: Yan Raş (346) və Rocer Hant (285).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



