
“Qarabağ”ın rəqibinin baş məşqçisi ən yaxşı seçildi
İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, “Liverpul”u çalışdıran Arne Slot ötən ayın ən yaxşısı seçilib.
Mersisayd təmsilçisi avqust ayında ölkə çempionatında keçirdiyi 3 oyunun hamısında qalib gəlib. “Qırmızılar” “Bornmut”u 4:2, “Nyukasl”ı 3:2, “Arsenal”ı isə 1:0 hesabı ilə məğlub edib.
Arne Slot ikinci dəfə ayın məşqçisi seçilir. Niderlandlı mütəxəssis ilk dəfə ötən ilin noyabr ayında bu adı qazanıb.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



