“Qarabağ”ın rəqibindən yeni transfer
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u yeni transferini açıqlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu son olaraq İsveçrə “Bazel”ində çıxış edən Paytim Kasamini heyətinə qatıb.
30 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Kasami 2014-2017-ci illərdə də “Olimpiakos”un formasını geyinib. İsveçrəli oyunçu 2021/2022 mövsümündə “Bazel”in heyətində “köhlən atlar”a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin hər iki matçında meydanda olub.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin