“Qarabağ”ın rəqibindən yeni transfer

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Viktoriya” (Plzen) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az “Viktoriya”nın rəsmi saytına istinadən xəbər verir ki, Plzen təmsilçisi yerli “Siqma”dan Vatslav Yemelkanı transfer edib. 27 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Yeni transfer dərhal komandaya qoşulacaq və Azərbaycan çempionuna qarşı keçiriləcək matçlarda iştirak edəcək.

“Qarabağ” və “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Cavab qarşılaşması isə avqustun 23-də Plzendə baş olacaq və saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button