
“Qarabağ”ın rəqibindən qapıçısı ilə yeni müqavilə
“Qarabağ”ın Avropa Liqasının E qrupundakı rəqiblərindən olan Almaniya “Frayburq”u qapıçısı və vitse-kapitanı Mark Flekkenlə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
29 yaşlı qolkiperlə imzalanmış sözləşmənin detalları açıqlanmayıb.
Flekken 2018-ci ildən “Frayburq”da çıxış edir. Niderland millisinin üzvü indiyədək 60 rəsmi matçda Bundesliqa təmsilçisinin qapısını qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin