“Qarabağ”ın rəqibindən oyunçusuna ultimatum

“Liverpul” müdafiəçisi İbrahima Konatenin gələcəyi ilə bağlı qərarın uzanmasını istəmir.

Fransalı futbolçunun klubla müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq və indiyədək tərəflər yeni anlaşma barədə ortaq məxrəcə gələ bilməyiblər.

Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, klub rəhbərliyi Konateyə açıq şəkildə bildirib ki, o, yaxın vaxtlarda yeni müqaviləyə razılıq verməsə, transferə çıxarılacaq.

“Qırmızılar” vəziyyəti tezliklə dəqiqləşdirmək və lazım gəldiyi halda 26 yaşlı müdafiəçinin əvəzləyicisinin axtarışına başlamaq niyyətindədir. Mersisayd klubunun əsas namizədlərindən biri “Kristal Pelas”ın müdafiəçisi Mark Quehi hesab olunur.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button