“Qarabağ”ın rəqibindən məhsuldar heç-heçə

İsveç çempionatında 26-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” də növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə “Hammarbü” ilə üz-üzə gəlib. Matç heç-heçə yekunlaşıb – 2:2.

“Hakken” hazırda 51 xalla 3-cü pillədə qərarlaşıb.

“Qarabağ” bu rəqibə qarşı ilk matçını oktyabrın 5-də səfərdə keçirib və 1:0 hesabıyla qalib gəlib. Digər oyun dekabrın 14-də Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button