
“Qarabağ”ın rəqibindən inamlı qələbə
Futbol üzrə İsveçrə çempionatında 15-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Lütsern”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 3:1.
“Bazel” 15 turdan sonra 29 xalla 10 kollektiv ikinci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.
“Qarabağ” “Bazel”lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin