“Qarabağ”ın rəqibinin 2 futbolçusu sıraya dönüb

“Çelsi” İngiltərə Premyer Liqasında növbəti oyuna hazırlıq zamanı iki futbolçusunun bərpası ilə bağlı xoş xəbər alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müdafiəçi Benoa Badiaşil və yarımmüdafiəçi Romeo Laviya əsas heyətlə tam məşqlərə başlayıb.

Hər iki oyunçu Klublararası dünya çempionatında iştirak etsə də, bu mövsüm hələ meydanda görünməyiblər.

London təmsilçisi sentyabrın 13-də keçiriləcək 4-cü tur matçında “Brentford”un qonağı olacaq.

“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button