“Qarabağ”ın rəqibində daha bir itki

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İspaniyanın “Vilyarreal” klubu daha bir futbolçusunun xidmətindən məhrum olub.

Komanda.az İspaniya mətbuatına istindən xəbər verir ki, Moi Qomes də sıradan çıxıb. La Liqanın 11-ci turu çərçivəsində keçirilən “Real Sosyedad”la oyunda zədələnən Qomes növbəti oyunda komandasına kömək edə biləməyəcək.

Bundan başqa, Alberto Moreno da komandasının bu həftəki oyununu buraxacaq.

Daha əvvəl “Vilyarreal”ın digər üzvü Karlos Bakkanın “Qarabağ”la oyunu buraxacağı dəqiqləşmişdi.

Dekabrın 10-da keçiriləcək “Vilyarreal” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button