“Qarabağ”ın rəqibində ayrılıq

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu futbolçusu İvan Saraniçlə yollarını ayırıb.

Komanda.az bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Batae” komandasına keçib.

Avqustun 20-də Zaqrebdəki “Maksimir” stadionunda baş tutan “Dinamo” – “Qarabağ” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab oyunu avqustun 28-də, saat 20:45-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button