“Qarabağ”ın rəqibində ayrılıq
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Çexiyanın “Viktoriya” klubunu bir futbolçu tərk edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ondrjey Mihalik bundan sonra Çexiyanın digər klubu “Slovaçko”un formasını geyinəcək.
“Pişta” ləqəbli 25 yaşlı yarımmüdafiəçi barəsində hər iki klub razılığa gəlib. 2019-cu ilin iyununda Niderlandın “Alkmaar” klubundan “Viktoriya”ya keçmiş futbolçu bu müddətdə 57 matç keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Qarabağ” bu komandaya qarşı ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:45-də başlayacaq. Avqustun 23-də Plzen şəhərində keçiriləcək cavab qarşılaşması isə saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin