“Qarabağ”ın rəqibinin baş məşqçisi narazıdır
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Gent”in baş məşqçisi Heyn Vanhazebruk klub rəhbərliyindan narazılığını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis evdə “Genk”ə 2:3 hesabı ilə uduzduqları ölkə çempionatının 24-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında klubun transfer siyasətindən danışıb. Baş məşqçi komandadakı futbolçuların mövcud duruma hazır olmadıqlarını bildirib:
“Yalnız Fofana və Salah istisnadır. “Genk”lə aradakı fərq də məhz budur. Onlar hər il keyfiyyətli futbolçular alırlar, hətta bizdən gedən oyunçuları da götürə bilirlər. Biz isə futbolçuları menecerlər vasitəsilə almalıyıq. Sonra isə fəxrlə deyə bilərik ki, Haiti və İordaniyadan bir oyunçu almışıq”.
“Qarabağ” “Gent”ə qarşı ilk oyununu fevralın 16-da Bakıda, cavab qarşılaşmasını isə fevralın 23-də Belçikada keçirəcək.
Bizi Facebook-da izləyin