ÇL: “Özümüzə çətinlik yaratdıq”

“Real”ın baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasının 4-cü turunda “Liverpul”a 0:1 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı layiqincə mübarizə apardıqlarını deyib:

“Uduzmaq müxtəlif cür ola bilər. Bu gün hər şey “Atletiko” ilə derbidəki kimi deyildi. Biz layiqincə mübarizə apardıq, ilk hissədə yaxşı oynadıq, ancaq fasilədən sonra təşəbbüsü itirdik və bəzi lazımsız səhvlərlə özümüzə çətinlik yaratdıq. Oyun gərgin və dinamik keçdi, amma hücumda kəskinlik çatmadı”.

Matçın taleyini 61-ci dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallisterin vurduğu yeganə qol həll edib.

Dörd turdan sonra “Real”ın hesabında 9 xal var. Eyni göstəriciyə “Liverpul” da sahibdir. Mersisayd təmsilçisi, həmçinin, “Qarabağ”ın da Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button