“Qarabağ”ın rəqibi yoxlama matçından qalib ayrıldı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindən olan İsrailin “Makkabi” (Təl-Əviv) komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan Təl-Əviv Hayfa “Hapoel”i ilə üz-üzə gəlib.

“Makkabi”nin baş məşqçi Giorgos Donis bu oyunda yığmalarda olan, eyni zamanda zədədən əziyyət çəkən futbolçuların yoxluğunda bir neçə gənc oyunçuya şans verib. Hər hissəsi 35 dəqiqədən ibarət olan görüş “Makkabi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 18 yaşlı Rotem Yatzkar imza atıb.

Qeyd edək ki, “Makkabi” qrup mərhələsinin 5-ci turu çərçivəsində dekabrın 3-də “Qarabağ”ın qonağı olacaq. Bu komandalar arasındakı ilk oyunda İsrail təmsilçisi 1:0 hesabıyla üstün olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button