“Qarabağ”ın rəqibi yoxlama görüşü keçirəcək
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Almaniyanın “Bayer” klubu yoxlama görüşü keçirəcək.
Komanda.az Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Xabi Alonso yetirmələrini sentyabrın 7-də sınaqdan keçirəcək.
Rəqib Regionalliqa təmsilçisi “Alemanniya” olacaq. “Bay Arena”da baş tutacaq görüşdə “Bayer”in əsasən U-19 və U-17 komandalarının üzvləri iştirak edəcəklər. Çünki əsas komandanın 15 futbolçusu müxtəlif millilərə çağırılıb.
“Qarabağ”la “Bayer” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin