
“Qarabağ”ın rəqibi yeni transferini təqdim etdi
Futbol üzrə Avropa Liqasının İ qrupunda “Qarabağ”ın rəqiblərindən olan İspaniya “Vilyarreal”ı yeni transferi Xuan Foytu təqdim edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə “Tottenhem”indən icarəyə götürülmüş argentinalı müdafiəçi ilə 2020/21 mövsümünün sonunadək müqavilə imzalanıb.
Argentina yığmasının da şərəfini qoruyan Foyt, yeni komandasında “8” nömrəli formanı geyinəcək.
“Estudiantes”in yetirməsi olan Foyt, 2017-ci ildən “Tottenhem”dədir. 22 yaşlı müdafiəçi London klubunda elə də çox forma şansı qazanmırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin