
“Qarabağ”ın rəqibi yeni transferini rəsmiləşdirib
Avropa Liqasının H qrupunda “Qarabağ”ın rəqibi olan İsveçin “Hakken” klubu yeni futbolçu transfer edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “arılar” İsak Brusberqlə 3 illik müqavilə imzalayıb.
17 yaşlı futbolçu “Hakken”in futbol akademiyasının da yetirməsidir.
“Hakken” və “Qarabağ”ın ilk oyununda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin