“Qarabağ”ın rəqibi yenə qələbəyə həsrət qaldı

Fransa çempionatında 8-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Nant” da növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda “Lans”la qarşılaşıb. Tərəflər meydanı qolsuz tərk ediblər – 0:0.

“Nant” 8 turdan sonra 7 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. “Qarabağ” bu rəqibini Bakıdakı ilk matçda 3:0 hesabıyla məğlub edib. İkinci matç isə oktyabrın 27-də Fransada baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button