“Qarabağ”ın rəqibi futbolçusu ilə yollarını ayırıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibi “Benfika” futbolçusu Uqo Felişlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı vinger Portuqaliyanın digər təmsilçisi “Tondela”ya transfer olunub. O, 2015/16 mövsümündən “Benfika”da çıxış edirdi.

“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda səfərdə “Benfika”nın qonağı olacaq. Qarşılaşma sentyabrın 16-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button