“Qarabağ”ın rəqibi superkubokun qalibi oldu

Futbol üzrə Kipr superkuboku uğrunda oyun keçirilib.

Komanda.az xəbər verir ki, həlledici oyunda Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL ilə Limassol AEL-i üz-üzə gəlib.

Sözügedən komanda Limassol AEL-i ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 1:0. Qarşılaşmada yeganə qolu 26-cı dəqiqədə Merkis vurub.

Bununla da APOEL tarixində 14-cü dəfə Kipr superkubokunun qalibi olub.

“Qarabağ”ın APOEL-lə ilk oyunu oktyabrın 24-də Bakıda, cavab görüşü isə noyabrın 7-də Kiprdə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button