“Qarabağ”ın rəqibi onu satmaq fikrində deyil

“Çelsi” yaxın gələcəkdə yarımmüdafiəçi Moyzes Kaysedonu satmaq niyyətində deyil.

Ekvadorlu futbolçuya “Real” və PSJ maraq göstərsə də, transferin baş tutması hazırda mümkünsüz sayılır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular gələn yay Kaysedoya dair heç bir təklifə baxmaq fikrində deyil. Klub rəhbərliyi 23 yaşlı yarımmüdafiəçini komandanın layihəsində əsas fiqurlardan biri kimi görür.

Kaysedonun “Çelsi” ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir. “Transfermarkt” onun bazar dəyərini 90 milyon avro civarında qiymətləndirir.

London təmsilçisi 2023-cü ildə Kaysedonu “Brayton”dan 116 milyon avroya transfer etmişdi.

“Qarabağ” UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi”ni qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button