“Qarabağ”ın rəqibi qanalı hücumçu üçün 74 milyon avro təklif edib

“Bornmut”un hücumçusu Antuan Semenyo qış transfer pəncərəsində “Liverpul”a keçə bilər.

Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, Mersisayd klubu 25 yaşlı futbolçu üçün 74 milyon avro təklif edib.

Semenyo özü də “Liverpul”a qoşulmaq istəyir. “Bornmut” onu yalnız müqavilədə nəzərdə tutulmuş xüsusi şərt yerinə yetirilərsə buraxacaq; bu şərt Premyer Liqanın üç klubuna aid olunur, ancaq detalları açıqlanmır.

Qanalı oyunçu cari mövsümdə İngiltərə çempionatında 10 oyuna çıxaraq, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button