
“Qarabağ”ın rəqibi futbolçusunu “Beşiktaş”a buraxmayıb
“Liverpul” hücumçusu Federiko Kyezanı satmaqdan imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya millisinin 27 yaşlı futbolçusunu transfer etmək istəyən klub isə “Beşiktaş” olub.
İstanbul təmsilçisi transfer pəncərəsinin bağlanmasına az qalmış Kyezaya rəsmi təklif göndərsə də, “qırmızılar”ın rəhbərliyi buna razılıq verməyib.
Kyezanın “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir. O, cari mövsümdə Arne Slotun komandasında 3 oyun keçirib və 1 qol vurub.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



