
“Qarabağ”ın rəqibi onu qışda transfer etməyəcək
“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi qış transfer pəncərəsində “Liverpul”a keçməyəcək.
“Qartallar”ın kapitanının müqaviləsinin müddəti gələn yay başa çatacaq və o, yanvardan etibarən digər klublarla sərbəst danışıqlara başlaya biləcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” Quehini qışda almaq niyyətində deyil.
Klub rəhbərliyi tezliklə azad agentə çevriləcək ingiltərəli futbolçu üçün yüksək məbləğ ödəməyə hazırlaşmır. Bu mövqeyə hətta “qırmızılar”ın müdafiəçisi Covanni Leoninin son zədəsi də təsir göstərməyib.
Bununla belə, mersisaydlılar 25 yaşlı müdafiəçini mövsümün sonunda heyətinə qatmaqda maraqlıdır. Onunla “Real” da daxil olmaqla digər top-klublar maraqlanır.
“Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



