
Kyeza “Qarabağ”la oyunda iştirak etməyəcək
“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza UEFA Çempionlar Liqasının əsas mərhələsi üçün iştirak ərizəsinə daxil edilməyib.
Bu o deməkdir ki, 27 yaşlı italiyalı futbolçu mövsümün əsas klub turnirini ya tribunalardan, ya da televiziyadan izləyəcək.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, Kyezanın iştirak ərizəsindən kənarda qalmasının səbəbi UEFA-nın legioner limitidir. Qaydalar “Liverpul”a klub akademiyasından olmayan maksimum 17 futbolçunu siyahıya salmağa icazə verir. Kyeza bu limitə düşə bilməyib.
Mersisayd təmsilçisi liqa mərhələsindəki ilk oyunu sentyabrın 17-də “Enfild”də keçirəcək. Rəqib isə “Atletiko” olacaq. Arne Slotun komandası bu mərhələdə son oyununu yanvarın 28-də, evdə “Qarabağ”a qarşı keçirəcək.
Bizi Facebook-da izləyin



