“Qarabağ”ın rəqibi müdafiəçisinə son təklifini edib

“Liverpul” müdafiəçisi İbrahima Konateyə 2026-cı ilin yayına kimi qüvvədə olan müqaviləsini uzatmaq üçün son təklifi edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub maliyyə şərtlərinin səxavətli olduğuna inanır və yaxın həftələrdə 26 yaşlı fransalı futbolçudan cavab gözləyir.

Konate “Liverpul”un təklifini qəbul edərsə, o, klubun ən çox maaş alan futbolçularından birinə çevriləcək.

Fransa millisinin üzvü olan Konate hələ “qırmızılar”da oynamağa davam edib-etməyəcəyinə və ya “Real”a azad agent kimi transfer cəhdinə qərar verməyib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button