“Qarabağ”ın rəqibi müdafiəçisi ilə yeni müqavilə bağlayıb
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Almaniyanın “Bayer” klubu futbolçusu Edmond Tapsoba ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi “feysbuk” səhifəsi məlumat yayıb.
Burkina Fasodan olan 24 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Tapsoba 2020-ci ildən “Bayer”də çıxış edir.
“Qarabağ” “Bayer”lə ilk görüşünü 3-cü turda, oktyabrın 6-da səfərdə keçirəcək. 4-cü turun qarşılaşması isə noyabrın 9-da Bakıda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin