
“Qarabağ”ın rəqibi Motta ilə danışıqlar aparır
“Yuventus”un sabiq baş məşqçisi Tiaqo Motta A Seriyasının daha bir top-klubunda işə başlaya bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırkı ölkə çempionu “Napoli” 42 yaşlı mütəxəssisin xidmətində maraqlıdır və artıq Motta ilə ilkin danışıqlar aparılıb.
“Napoli”yə hazırda Antonio Konte rəhbərlik edir. Onun komandası 11 turdan sonra 22 xal toplayaraq, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider “İnter”dən iki xal geri qalır.
Mottanın potensial gəlişi ilə bağlı danışıqların davam etdiyi bildirilir.
“Napoli” Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



