“Qarabağ”ın rəqibi maliyyə böhranı yaşayır
UEFA Avropa Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan Fransanın “Lion” klubu çətin durumdadır.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, klubun maliyyə vəziyyəti yaxşı deyil. Artıq cümə günü “Lion”un sahibləri DNCG-yə (Fransada peşəkar futbol klublarının hesablarının monitorinqi və nəzarətindən məsul olan təşkilat) hesabat təqdim edəcəklər.
“Lion” xəzinəni doldurmaq üçün müxtəlif addımlara, o cümlədən, 75 milyon avro dəyərində qiymətləndirilən səhmlərin bir hissəsinin İngiltərənin “Kristal Pelas” klubuna satılmasına, həmçinin, bir sıra futbolçuların satılacağına ümid edir.
“Qarabağ” – “Lion” matçı noyabrın 28-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin