“Qarabağ”ın rəqibi Kloppu baş məşqçi postuna gətirə bilər

“Qarabağ”ın UEFA Çempionlar Liqasında bu gün qarşılaşacağı “Benfika”nın prezidenti postuna namizəd Kristovao Karvalyo seçiləcəyi təqdirdə, baş məşqçi Bruno Laje postundan göndərilə bilər.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Kloppu Portuqaliya komandasının “sükanı arxasına” gətirməyə çalışacağını deyib. 

Eyni zamanda, “Benfika”nın prezidentliyinə digər namizəd Joao Noronya Lopeşin “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimi Lissabon təmsilçisinə qaytarmaq istədiyi bildirilib.

58 yaşlı Klopp hazırda “Leyptsiq”də beynəlxalq əlaqələr direktoru kimi çalışır. Amorimin “Mançester Yunayted”lə müqaviləsinin müddəti isə 2027-ci ilin yayına qədərdir. 

Laje 2024-cü ilin sentyabrından “Benfika”nı çalışdırır. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

“Benfika” – “Qarabağ” matçı bu gün, saat 23:00-da Lissabondakı “Estadio da Lus” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button