“Qarabağ”ın rəqibində iki itki
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”la qarşılaşacaq Kiprin APOEL klubu itki ilə üzləşib.
Komanda.az Kipr mətbuatına istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin yarımmüdafiəçisi Alef dos Santos zədələnib. 24 yaşlı futbolçu, dünən “Ayia Napa” ilə keçirilən yoxlama matçında (2:2) sıradan çıxıb. Braziliyalı futbolçunun zədəsinin ciddi olmadığı bildirilsə də, onun Ağdam təmsilçisi ilə cavab matçına hazır olub-olmayacağı bilinmir.
Eyni zamanda, qarın nahiyəsində ağrılar hiss edən müdafiəçi Vuyadin Saviç də komandanın son məşqinə qatılmayıb.
“Qarabağ” – APOEL matçı avqustun 13-də, Bakıda keçiriləcək. Görüşə 20:30-da start veriləcək. Komandalar arasındakı ilk matç “köhlən atlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Bizi Facebook-da izləyin