“Qarabağ”ın rəqibi hücumçusu ilə yollarını ayırıb
“Qarabağ”ın UEFA Avropa Liqasında rəqiblərindən olan İsveç klubu “Hakken” futbolçusu İbrahim Sadiqi satıb.
Komanda.az Niderland mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu adıçəkilən ölkənin “AZ Alkmaar” klubuna keçib.
Niderland təmsilçisi transfer pəncərəsinin son günündə qanalı forvardın keçidini rəsmiləşdirib. “Hakken” bu satışdan 4 milyon avro gəlir əldə edib. Oyunçu yeni klubu ilə 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
“Hakken” Avropa Liqasının qrup mərhələsindəki ilk oyununu sentyabrın 21-də Almaniyanın “Bayer” (Leverkuzen) klubuna qarşı keçirəcək. İsveç təmsilçisi 2-ci tur çərçivəsində oktyabrın 5-də “Qarabağ”ı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin