
“Qarabağ”ın rəqibi heyətini Belçika millisinin futbolçusu ilə gücləndirib
“Qarabağ”ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibi “Benfika” heyətini Belçika millisinin futbolçusu Dodi Lukebakio ilə gücləndirib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya təmsilçisi “Sevilya”dan transfer olunan 27 yaşlı hücumçu ilə 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb. Transfer Portuqaliya klubuna 20 milyon avroya başa gəlib.
“Benfika” futbolçunun sərbəst qalma qiymətini 50 milyon avro müəyyənləşdirib.
“Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda səfərdə “Benfika”nın qonağı olacaq. Oyun sentyabrın 16-da keçiiləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



