
“Qarabağ”ın rəqibi müdafiəçisi ilə bağlı heç bir addım atmır
“Liverpul”un müdafiəçisi İbrahima Konate növbəti yay azad agent statusu qazana bilər. Onun klubla müqaviləsinin müddəti gələn yay başa çatacaq.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 26 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaqda israrlıdır, ancaq bu istiqamətdə hələlik heç bir konkret addım atılmayıb.
Fransalı futbolçunun adı son aylarda tez-tez “Real”la yanaşı hallanır. “Kral klubu” onun vəziyyətini diqqətlə izləyir, ancaq bu, Konatenin mütləq Madridə gedəcəyi anlamına gəlmir.
Konate “Liverpul”a 2021-ci ilin yayında, “Leyptsiq”dən transfer olunub və o vaxtdan bəri komandanın əsas müdafiəçilərindən sayılır.
“Qarabağ” UEFA Çempionlar Liqasında yanvarın 28-də “Liverpul”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



